Şou-biznes nümayəndələrinin 2016-cı ildə ilk təəssüratları (FOTO)

2015-ci illə vidalaşaraq 2016-cı ilə start verdik. Dünyanın tanınmış simaları və yerli şou-biznes nümayəndələri sosial şəbəkələr vasitəsi ilə 2016-cı ilin ilk şəkillərini paylaşıblar.

ANS PRESS tanınmış simaların yeni ildə paylaşdığı şəkilləri təqdim edir.

Rusiyanın primadonnası Alla Puqaçova həyat yoldaşı Maksim Qalkin və əkiz övladları ilə bərabər yeni ilin ilk şəklini paylaşıb.

Sabiq əfsanəvi futbolçu Devid Bekhem çox təsirli foto paylaşıb. Futbolçu əvvəl övladlarının önə baxdığı şəkli, sonra isə arxa planda həyat yoldaşı Viktoriya Bekhem ilə bir birilərinə olan sevgilərini nümayiş etdirdikləri foto paylaşıb.

Məşhur müğənni Castin Biber izləyicilərinin yeni ilini təbrik edərək “İrəli” yazıb.

Ecazkar müğənni Cenifer Lopez də izləyicilərini təbrik edib.

Azərbaycanın tanınmış müğənnisi Elnur ilin ilk günü ilə bağlı Azərbaycan xalqına xeyirli, uğurlu il, bol ruzi arzu edib.

Türkiyənin məşhur müğənnisi Gülben Ergen 2016-ci ildə Türkiyəyə sülh və bol sevgi arzu edib.

Əslən erməni pornoulduz Kim Kardaşyan yeni ilin ilk günündə özünəməxsus şəkil paylaşıb. O, məşhur müğənni Teylor Sviftin şəklini paylaşaraq “Sübut” yazıb. Pornoulduzun nə demək istədiyi isə fanatlar üçün naməlum qalıb.

Dünya şöhrətli reper Ludakris isti ölkələrin birində Yeni ilini qeyd edərək oradan şəkil paylaşıb.

Azərbaycanın tanınmış bəstəkarı və müğənnisi Murad Arif bayramı İsveçdə qeyd edib. O, Stokholmu ikinci vətəni sayaraq bütün fanatlarını təbrik edib.

“Qarabağ”ın ulduz futbolçusu Reynaldo Avropa oyunlarının açılış mərasimində meydanın mərkəzindəki Azərbaycan bayrağının şəklini paylaşıb.

Azərbaycanın tanınmış müğənnisi Roza Zərgərli yeni ilə təsirli sözlərlə başlayıb. O, daha bir kitabın bitdiyini yazıb.

“365 səhifəlik daha bir kitabı bitirdik. Bu kitabın qəmli səhifələri bizi ağlatdı, gülməli səhifələri bizi güldürdü, xoşbəxt səhifələri isə bizi xoşbəxt etdi.

Düzdü, bilmirik növbəti kitabda bizi nələr gözləyir, amma hər şeyin gözəl olacağına inanaq, bütün qəmli səhifələrin 2015-də qalacağına, 2016-nın yalnız xoşbəxt səhifələrdən ibarət olacağına ümid …read more

From:: ANS