Ermənilər yenə aktivləşdi

Cəbhə xəttində atəşkəs rejimi yenidən pozulub.

Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 44 dəfə pozulub.

Erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi və Əlibəyli kəndlərində, İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Ağstafa rayonunun Köhnəqışlaq kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Qızıl Oba, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Sarıcalı, Kəngərli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Qarşı tərəf cavab atəşi ilə susdurulub. …read more

From:: ANS