Murat Boz Bakıda (FOTO)

Nizami Kino Mərkəzində dekabrın 22-də “Hadi İnşallah” filminin qala-gecəsi keçirilib.

ANS PRESS-in məlumatına görə, rejissor Ali Taner Baltacının lentə aldığı bu romantik komediya Pucca adlı qızın həyatından bəhs edir. Dörd il Ankarada bərabər olduğu sevgilisindən ayrılan Pucca İzmirə ailəsinin yanına dönür. Çalmayan telefon zənglərini gözlərkən özünə və evə qapanan gənc qadın çətin ayrılıq yaşamaqdadır. Ailəsi onu bu vəziyyətdən çıxarmaq üçün məcburi yerli telekanalların birinə iş görüşməsinə göndərir. İstəmədən getdiyi məkanda yaraşıqlı “Pekmez” ləqəbli oğlanla qarşılaşan Puccanın həyatına yeni gün doğur…

Qala gecəsində baş qəhrəmanları canlandıran aktyorlar Murat Boz, Büşra Pekin və filmin yaradıcı qrupunun digər üzvləri iştirak ediblər.

Filmi izlədikdən sonra qonaqlar media üçün mətbuat konfransı keçiriblər.

…read more

From:: ANS