Polisin gözü qarşısında havaya uçdular

Nigeriyada 15 nəfərin ölümü ilə nəticələnən partlayış törədilib.

ANS PRESS-in məlumatına görə, Nigeriyanın şimal-şərqində yerləşən Bauçi şəhəri polis idarəsi yaxınlığındakı bazarda meydana gələn güclü partlayış nəticəsində 15 nəfərin öldüyü bildirilir.

Hadisə şahidləri ölənlər arasında daha çox qadınların olduğunu bildirib.

Bundan başqa, ölkənin Qombe əyalətində ötən gün avtobuslardan birində də partlayış törədilib və orada isə 17 nəfər dünyasını dəyişib. Bu bölgə Adamava, Yobe və Borno kimi Boko-Haram silahlılarının sıx olduğu yerlərdən biridir.

Qeyd edək ki, ötən günlərdə Nigeriyada aktiv terror fəaliyyətləri məşğul olan “Boko Haram” qruplaşması üzvləri kəndlərdən birinə hücum edərək 185 qadını oğurlayıblar. …read more

From:: ANS