Sabirabadda evləri və həyətləri su basıb (VİDEO)

Cəlilabad rayonunda yağışlı hava problemlər yaradıb. ANS TV-nin məlumatına görə, rayonun Sabirabad kəndindən keçən Qarayar çayının məcrasından çıxması ilə kəndin çaysahili ərazilərdə yerləşən evlərini və əkin sahələrini su basıb.

Sabirabad kənd sakini Azay Məmmədov, suyun bütün evləri basdığını, heçnə edə bilmədiklərini deyir.

Sabirabad kənd sakini Kəmaləddin Həmidov isə, hazırda evinin və aldığı 5-6 ton kartofun suyun içində qaldığını deyir.

Hazırda ərazidə quraşdırılmış su nasosları vastəsi ilə həyətlərə yığılmış suların təmizlənməsi həyata keçirilir. İntensiv yağışlar rayondakı Mişarçayda da suyun artmasına səbəb olub.

…read more

From:: ANS