Xəstəxanada körpəsinin dəyişdirildiyini deyən qadın ANS-də danışdı (VİDEO)

Gənc qadın körpə ikən doğum evində dəyişdirildiyini deyib. O, bu şübhələrinə aydınlıq gətirmək həvəsilə “Adam içində” verilişinə üz tutub.

ANS TV-nin məlumatina görə, bu gün “Adam içində” 31 yaşlı qadın körpə vaxtı anasına səhvən verildiyindən şübpəli olduğunu dedi. Onun sözlərinə görə, anası da nə vaxtsa, bu ehtimalı dilə gətiribmiş. Yəni 1983-cü ildə Qaradağ rayonu, Sahil qəsəbəsində xəstəxanada övladının yerinə ona başqa bir uşaq verilibmiş. Tibb bacısı tərəfindən gənc anaya qarabəniz bir körpənin gətirilməsi onda bu uşağın başqa ailəyə mənsub olması şübpəsini yaradıbmış. Qadının valideynlərilə müxtəlif qan qrupuna aid olması nə vaxtsa, baş qaldıran şübhələri birə-beş artırıb.

Böyüdüyü ailədən şikayətli olmayan və artıq özü ailə sahibi olan bu qadın həqiqəti bilmək istəyir. Veriliş gedən zaman efirə bir qadın zəng edərək onun da uşağının dəyişdirildiyini bildirdi. Hətta xəstəxanda dəyişdirildiyini iddia edən 31 yaşlı bu qadının ona oxşadığını da istisna etmədi.

Körpə ikən doğum evində dəyişdirildini iddia edən qadının şübhələri özünü doğruldacaqmı? Bu, artıq “Adam içində” aparılacaq araşdırmalardan sonra bəlli olacaq.

…read more

From:: ANS