Bakıda polis hərəkətə keçir (VİDEO)

Bələdiyyə seçkilərilə əlaqədar olaraq Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsi gücləndirilmiş iş rejimində işləyəcək.

ANS TV-nin məlumatına görə, məqsəd yolda baş verə biləcək sıxlığın qarşısının alınmasıdır.

“Ölkədə bələdiyyə seçkilərinin keçirilməsi ilə əlaqədar səsvermə məntqələri, eləcə də bitişik küçə və yollar üzrə nəzarət gücləndiriləcək. Təhlükəsizliyin təmin edilməsi, asayişin qorunması istiqamətində bütün zəruri tədbirlər həyata keçiriləcək. Qeyd edim ki, artıq polis gücləndirilmiş iş saatı ilə xidmətini davam etdirir” – deyə Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov bildirdi.

…read more

From:: ANS