Bakıda FHN-dən görünməmiş əməliyyat (VİDEO)

Bakıda gənc oğlana üzük taxmaq istəyi baha başa oturub. Onu çıxılmaz vəziyyətə salıb. Üzük barmağına olmağına olub, di gəl sonradan barmağından çıxmayıb. Yalnız xilasedicilər onu bu vəziyyətdən qurtara biliblər.

ANS TV-nin məlumatına görə, Bakıda bir gəncin üzük taxmaq həvəsi az qala onu barmağından edəcəkdi. Metal üzük alan paytaxt sakini Şamil İbrahimov onu baramağına taxıb. Lakin günlər ötdükdən sonra həmin üzüyü çıxarmağa çalışsa da, buna nail ola bilmiyib. Barmağı şişən gənc, əlində ağrı hissi edib.

Üzüyü çıxarmağın mümkünszülüyünü görən Şamil İbrahimov çıxış yolu kimi Fövqəladə Hallar Nazilriyinin xilasedicilərinə müraciət edib. Yalnız bundan sonra gəncin barmağinda olan üzük xüsusi kəsici alət vasitəsilə kəsilərək çıxarılıb.

…read more

From:: ANS