ANS-çilər ANS-i belə təbrik etdi (VİDEO)

Azərbaycanın ilk müstəqil telekanalının, ANS-in ad günüdür. 23 yaşımız oldu. Bayramımız və bayramınız mübarək. Məhz bü gün 23-ci dəfədir ki, özümüzü və siz Azərbaycan tamaşaçısını efir məkanından təbrik edirik. Bu illər ərzində ANS tarix yazıb və öz tamaşaçısını həmin tarixə yaxın edib. Döyuşün alnımıza yazıldıgına inanıb. ANS meydanından cıxdıgı günü unutmayıb. Azərbaycanın ilk televiziyası olub. Və birinci olub. Elə bu birinciliyi qoruyub saxlayıb da.

Əziz ANS sevərlər, yəqin, siz öyrəşmisiz ki, ad günü olan səbəbkar, əlini-əlinin üstünə qoyur, masanın başına keçir və gününü yalnız təbriklər almaqla keçirir. Amma bu bizə aid deyil. Ən sadə bir misal. ANS-in ad günündə Vahid Mustafayev 20 Yanvar filminin çəkilişlərindədir. Bu təsadüf deyil, sadəcə iş tərzidir. Ona görə də şirkətin rəhbərini ANS-çilər bu gün çəkiliş meydanında təbrik edir.

Ad günündə belə gərgin iş qrafikindan geri qalmayan ANS-in kollektivinin öz mikrofonuna necə tuş gələcəyinin elə indi özünüz şahidi olacaqsız. “İç xəbər” otağında, hərə öz işi ilə məşquldu. Kimi efirə hazırlaşır, kimi süjeti montaj edir, kimi isə mikrofon üstündə dava edir.

Bu qarışıqlıqda ürəyini boşaltmaq istəyənlər sualımı gözləmədən, söz boxçalarını açıb tökürlər. Elə ilk təbrikini ölkənin kriminogen durumuna nəzərət edən “Növbətçi”nin əməkdaşlarından eşidək.

Rəşad Abbasov deyir ki, ANS-in bu gün növbəti ad günüdür: “Ad günü ilə bağlı mən bütün ANS-çiləri təbrik edirəm. ANS Azərbaycanın ilk müstəqil televiziya kanalıdır və bu münasibətlə bütün Azərbaycan təbrik edirəm. Hamıya, o cümlədə də və ANS-çilərə dəqiq, qərərzsiz və vicdanlı olmağı arzu edirəm”.

Ruslan Məmmədov : “Düşünürüım ki, mən ANS kollektivə bir kollektiv kimi yox ailə kimi yanaşır. Yəqin ki, bütü “İç xəbər” kollektivi mənlə razılaşar ki, biz ailədən çox vaxtımızı, bu kanalda, bu otaqda bir-birimizlə birlikdə keçiririk ”.

Görəsən həyatinin 8 ilini ANS-ə, öz sevimli işinə həsr edən, gizlin gizlin çayını nuş edən həmkarım Vüsalə Xamməmmədqizi bizə nə arzu edəcək.

Vüsalə Xaməmmədqızı: “Biz insanlara problemlərilə məşğuluq. Elə bu işdə əməkdaşlarımıza problemsiz həyat arzu edirəm. Qoy elə bizim …read more

From:: ANS