Günün qoroskopu: çox pul xərcləməyin

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology” bu günün qoroskopunu təqdim edir.

Qoç – günün ilk yarısı qısamüddətli işlər üçün pis deyil. Enerjiniz çoxdur. Qətiyyətli və iradəli olun. Şəxsi maraqlarınızı ön plana yıxararaq tərəfdaş və ya müttəfiqlərin mənafelərini unutmayın. Bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün yaxşı zamandır.
Günün ikinci yarısında çağdaş texnologiyalardan istifadə edərək uğur əldə edə bilərsiniz.
Nikbin olsanız, ailədə də xoş ortam yaranacaq. Qərarları təkbaşına verməyin. Sevdiyiniz insanla durumu müzakirə edin.

Buğa – enerji potensialınızın səviyyəsi yüksəkdir. İşdə ciddi uğurlara nail ola bilərsiniz. Vaxtınızı mənasız və perspektivsiz işlərə sərf etməmək üçün prqamat olun. Texnika və avtomobilin təmiri, fiziki təmrinlər üçün əlverişli zamandır.
Günün ikinci yarısında yaxınlarınızla kəskin mübahisələrə başlamayın. Axşam saatları romantika vəd edir.
Dostlarla ünsiyyətdə səmimi olun, səbəbsiz iradları səsləndirməyin.

Əkizlər – rəqabət ruhu günün leytmotividir. Aktivliyiniz yüksək olmalıdır. Rəqibləri üstələmək üçün bütün vasitələrdən istifadə edin. Seçilmiş taktikanın səhilhliyinə əmin olmadan hərəkət etməyin.
Günün ikinci yarısında bütün cəbhə boyu hücumlar ola bilər. Müdafiəyə hazırlaşın.
Qəfil situasiya yaxınlarınızla münasibətlərinizə mənfi təsir edə bilər. Yaranmış vəziyyətdə kompromis tapmaq asan deyil. Durumu dəqiq qiymətləndirin, tələsik qərar verməyin.

Xərçəng – günün ilk yarısında çətin işə hazırsınızsa, uğur sizin olacaq. Sürətli reaksiyanızı nümayiş etdirin. Problemlərin həllinə yaradıcı yanaşın, qeyri-ordinar çözüm yollarını tapın. Aktivliyinizdən və enerjinizdən yararlanaraq həllini çoxdan bəri təxirə saldığınız məsələləri səhmanlamağa başlayın.
Günün ikinci yarısında süst olmayın. Kiçik maneələr və zəif sədlər sizi qorxutmasın.
Ailədə bir-birinizi anlamağınız və eşitməyiniz çətinləşəcək. Bu səbəbdən də nevroz durum, inciklik formalaşa bilər. Dəyər verdiyiniz insana yetərincə vaxt ayırın.
Axşam saatlarında normal istirahət edin.

Şir – düşünülməmiş addımlar atmayın. Riskin də həddi var. Başladığınız, amma bitirmədiyiniz işləri tamamlayın. Yeni işlərə tələsməyin. Həmfikir, tərəfdaş və ya müttəfiqi asanlıqla tapa bilərsiniz.
Bilik və bacarıqlarınızı artırın.
Günün ikinci yarısında şəxsi münasibətlərdə emosionallığa qapılmayın. Təmaslarda yenilik etmək üçün sevdiyiniz insanı nəyəsə məcbur etməyin.
Subaysınızsa, ətrafınıza diqqətlə baxın.

Qız – təmir və rekonstruksiya üçün yaxşı zamandır. Evdə kiçik təmirə başlamaq …read more

From:: ANS