Fələstinə daha bir dəstək

İsraillə Fələstin arasında vasitəçilik missiyasının rəhbəri Saəb Erekat Rusiyanın xarici işlər naziri Sergei Lavrov ilə görüşüb.

ANS PRESS-in məlumatına görə, Saəb Erekat deyib ki, o, Lavrovla BMT-nin irəli sürdüyü Fələstin dövlətinin yaradılması layihəsini müzakirə ediblər. İsrail bu layihənin kəskin əleyhinədir və dəstəkləməyəcəyini deyir. Buna baxmayaraq Rusiya Fələstin dövlətinin yaradılması layihəsini dəstəkləyir.

Qeyd edək ki, İordaniyanın BMT TŞ-yə təqdim etdityi sənəd 2017-ci ilin sonuna qədər İsrailin işğal etdiyi Fələstin torpaqlarından çıxmasını, sərhədlərin 1967-ci ildən əvvəlki kimi olmasını, paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin qurulmasını və tərəflərin sülh şəraitində yaşamasını nəzərdə tutur. …read more

From:: ANS