Evdən qaçan qız ANS-ə danışdı (VİDEO)

24 yaşlı Anara Ağayeva “İç xəbərə” məktubu yazaraq ailəsilə problem yaşandığını və valideynləri tərəfindən təzyiqə məruz qaldığını bildirirdi.

ANS TV-nin məlumatına görə, ailəsi onun sənədlərini gizlətdiyindən gənc qız evdən uzaqlaşıb. Şabranda qeydiyyatda olan gənc qız Sabunçu rayonu, Bülbülə qəsəbəsində rəfiqəsi Arzu Mirzeyavanın evində müvəqqəti olaraq yaşaır. Xanım bizə bildirdi ki, keçən il Vüsal adlı şəxslə valideynləri tərəfindən zorla ailə həyatı qurub. 10 aydan sonra onlar ayrılmalı olub. Əvvəllər evdən qaçıb anası və atası onu evə zorla aparıb. Buna dözməyən gənc qız qolundakı damarları kəsdiyini deyir. Bundan sonra yenidən Bakıya qayıdıb. Deyir ki, indi çölə çıxa bilmirəm səbəb isə onun hər yerdə axtarılmasıdır. Belə ki, valideynləri qızlarının itkin düşməsilə bağlı polisə müraciət ediblər. İndi Anaranın ailəsindən tək istəyi var. O da şəxsiyyət vəsiqəsinin verilməsi.

Şikayətçi Anara Ağayeva deyir ki, onlar məni bütün sənədlərimi əlimdən alıb vermilər.

Problemlə əlaqədar biz xanımın anası Yeganə Ağayevaa ilə əlaqə saxladıq. Ana bizimlə danışarkən göz yaşlarına hakim ola bilmədi. Telefon əlaqəsi zamanı Yeganə xanım bildirdi ki, onun qızı zorla deyil öz xoşuyla ailə həyatı qurub. Ancaq indi ananın tək istəyi övladına qovuşmaqdır. Deyir ki, onu yoldan çıxaran məhz rəfiqəsi Arzu Mirzəyevadır.

Ana Yeganə Ağayeva qeyd edir ki, mən ona yalvarmışam ki, heç yerə getmə harda istəyirsənə ev alaq.

Hər halda problemin hüquqi yolla nə cür tənzimlənməsini elə hüquqşünas Tahir Əlirzayevdən öyrənməyə çalışdıq. O bildirdi ki, Anara Ağayevinin valideynlərindən imtina etməyə hüququ yoxdur. Ancaq sənədləri tələb edə bilər.

İndi valideynlərin tək istəyi övladlarına qovuşmaq, gənc xanımın isə arzusu onlardan uzaqlaşmaqdır. Bu ailə dramının xoş sonluğuna ümid edirik. Bəlkə ananın göz yaşları qızının ürəyindəki sarı simlərə toxundu. Və o daşı ətəyindən töküb ana və atasından üz döndərmədi.

…read more

From:: ANS