İlham Əliyev Azərbaycanın təhlükəsizliyindən danışdı (VİDEO, FOTO)

Ölkə başçısı İlham Əliyev ilin idman yekunlarına qiymət verib. Milli Olimpiya Komitəsində baş tutan toplantıda əsas hədəf həm də qarşıda gözlənilən mötəbər yarışa hazırlıq məsələsi olub. Ümumiyyətlə, Azərbaycanın idman uğurlarının beynəlxalq miqyasda yüksək qiymətləndirildiyini deyən dövlət başçısı dünyada və bölgədə yaşanan gərgin, böhranlı vəziyyətlərə baxmayaraq Bakının və Azərbaycanın dünyanın ən təhlükəsiz şəhərlərindən və ölkələrindən biri olduğunu, 2014-cü ili Azərbaycanın yüksək nəticələrlə başa vurduğunu diqqətə çatdırıb.

ANS TV-nin məlumatına görə, Azərbaycanın idman uğurlarının beynəlxalq miqyasda yüksək qiymətləndirildiyini deyən dövlət başçısı dünyada və bölgədə yaşanan böhranlı vəziyyətlərə baxmayaraq, ölkəmizin uğurla inkişaf etdiyini, 2014-cü ili də Azərbaycanın yüksək nəticələrlə başa vurduğunu diqqətə çatdırıb. Bu inkişafın idman sahəsində də müşahidə edildiyini deyən prezident İlham Əliyev bu il keçirilən beynəlxalq yarışlarda idmaçılarımızın 805 medal qazandığını, onların da 275-nin qızıl medal olduğunu bildirib.

2014-cü ildə də ölkəmizdə idman infrastrukturunun yaradılması istiqamətində işlərin davam etdiyini, hazırda 9 rayonda Olimpiya Komplekslərinin tikildiyini deyən dövlət başçısı artıq bölgələrdəki idman-olimpiya qurğularının sayının 41-ə çatdığını vurğulayıb.

2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının yüksək səviyyədə baş tutacağına əminliyini ifadə edən prezident İlham Əliyev artıq hazırlıq işlərinin son mərhələdə olduğunu, işlərin yüksək keyfiyyətlə və qrafik üzrə aparıldığını diqqətə çatdırıb.

“Bu oyunların keçirilməsi, eyni zamanda ölkəmizin gücünü göstərir. Çünki ancaq güclü dövlətlər belə böyük idman tədbirlərini keçirə bilərlər. Azərbaycan da güclü bir dövlətdir. Son illərdə aparılan islahatlar, görülən işlərin nəticəsində ölkəmiz gücləndi. Güclü iqtisadiyyata malikdir. Siyasi proseslər müsbət istiqamətdə gedir. Beynəlxalq aləmdə Azərbaycan çox böyük hörmətə malik olna bir ölkədir”, deyə bildirib.

Daha sonra 2014-cü ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub. İdmanda yüksək nailiyyətlər göstərən bir qrup idmançı isə Milli Olimpiya Komitəsi prezidentinin fəxri fərmanı ilə təltif olunub.

…read more

From:: ANS