Alimimiz MDB Şurasına üzv seçildi

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gənc Alim və Mütəxəssislər Şurası (GAMŞ) Müstəqil Dövlətlər Birliyinin (MDB) Gənc Alimlər Şurasında təmsil olunacaq. Belə ki, AMEA GAMŞ sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov MDB ölkərinin Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin üzvü seçilib.

ANS PRESS-in xəbərinə görə, Moskva şəhərində keçirilən tədbirdə AMEA GAMŞ-ın elmi-ictimai fəaliyyəti haqqında məruzə edən F.Salmanov Şuranın gələcək hədəflərinə müvafiq olaraq MDB ölkələrində fəaliyyət göstərən anoloji Şuralarla əməkdaşlığın vacib olduğunu bildirib. O deyib ki, bu məqsədə nail olmaq üçün yeni təsisat əlavə stimul kimi qiymətləndirilməlidir.

Məruzə dinləyicilər tərəfindən müsbət qarşılanıb və Azərbaycanla bu sahədə əməkdaşlığın perspektivləri digər ölkələrin nümayəndələri tərəfindən geniş müzakirə olunub.

AMEA GAMŞ-n İdarə Heyətinin üzvü fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Roida Rzayevanın da iştirak etdiyi iclasın yekununda MDB ölkələrinin Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin tərkibinin müəyyənlədirilməsi ilə bağlı keçirilən seçkidə Famin Salmanov sözügedən İdarə Heyətinə üzv seçilib.

…read more

From:: ANS