Bakı dünyanın ən yaxşıları sırasında

Amerikanın dünyaca məşhur səyahət saytı olan “Tripadvisor”un apardığı tədqiqatlar nəticəsində Azərbaycanın paytaxtı Bakı şəhəri 2014-cü ilin yekunlarına əsasən ən yaxşı turizm məkanlarından biri hesab edilib.

ANS PRESS-in Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən məlumatına görə, Bakı Asiya regionunda “Yüksələn turizm məkanları” kateqoriyasında 6-cı yer tutub (http://www.tripadvisor.com/TravelersChoice-DestinationsontheRise-cTop10-g2).

Araşdırma səyahət etdikləri bu və ya digər ölkə və ya şəhər barədə öz təəssüratlarını bölüşmüş milyonlarla turistin rəylərinin təhlili əsasında aparılıb. Yuxarıda qeyd edilən “Yüksələn turizm məkanları” kateqoriyası ilə yanaşı, bu kateqoriya üzrə ən yaxşı mehmanxanalar, çimərliklər, restoranlar, adalar və s. müəyyən edilib. …read more

From:: ANS