“Simurq”-“Bakı” oyununda “qol yağışı” (VİDEO)

Topaz Premyer Liqasının 18-ci turunun son oyunu Zaqatalada keçirilib.

ANS PRESS-in məlumatına görə, “Bakı” səfərdə “Simurq”a 2-5 hesabı ilə məğlum olub. Oyunda ilk qol 13-cü dəqiqəyə təsadüf edib. “Bakı”nın futbolçusu Nurlan Novruzov fərqlənib. Cavab qolu isə özünü çox gözlətməyib. Matçın 16-cı dəqiqəsində Rəşad Eyyubov fərqlənərək “Simurq”un bərabərlik qolunu vurub.

33-cü dəqiqdə isə Draqan Çeran penaltidən “Simurq”un 2-ci qolunu vurub. Növbəti qol matçın 42-ci dəqiqəsində qeydə alınıb. Ev sahibinin futbolçusu Rəşad Eyyubov fərqlənə bilib. Birinci hissənin bitməsinə az qalmış ev sahibi klub yenidən qol vurub. İdan Vaytsman 45-ci dəqiqədə hesabı 5-1-ə gətirib.

Qonaq komanda matçın ikinci hissəsində bu qollara yalnız 1 qolla cavab verib. Nurlan Novruzov penaltidən atdığı qolla yekun hesabı müəyyən edib. Matç 5:2 hesabı ilə “Simurq”un xeyrinə başa çatıb.

…read more

From:: ANS