Azərbaycan belə hazırlaşır (VİDEO)

By ANS TV

Azərbaycan gələn il ilk dəfə keçiriləcək Avropa Oyunlarına geri sayımda mühüm bir tarixi yaşayır. Bu mötəbər tədbirin başlamasına, yəni gələn il iyunun 12-ə 200 günün qalması bu turnirə ev sahibliyə ilə bağlı həyəcənı daha da yaxınlaşdırır. İlk Avropa Oyunlarına hazırlıq işlərinin gedişini gündəmə gətirir. Əməkdaşımız ilk Avropa Oyunlarının açılışından bağlanışına qədər 17 gün ərzində 6 min idmançının yarışının keçiriləcəyi mərkəzlərin hazırlığı ilə maraqlanıb.

ANS TV-nin məlumatına görə, düz 200 gündən sonra paytaxt Bakı mötəbər bir idman yarışına ev sahibliyi edəcək. Yarışın açılış və bağlanış mərasimi məhz Avropa Oyunlarının keçirilməsi üçün tikilən stadionda baş tutacaq. Son tamamlanma işlərinin getdiyi stadion 90 gündən sonra istifadə veriləcək.

Tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarına Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin bu yarışa ciddi-cəhdlə hazırlaşmasına zərurət yaratdı. Hələ iki il əvvəl Romada bu mötəbər yarışın Azərbaycan keçirilməsinə qərar veriləndən, hazırlıq işlərinə başlayan paytaxt Bakıda bu zamana qədər oyunların yüksək səviyyədə keçirilməsi üçün xeyli iş görülüb. Yeni stadionlar tikildi, köhnə idman sarayları təmirə bağlandı. Çünki, Avropa oyunlarında 20 idman növünün keçirilməsi planlaşdırılır ki, bunun üçün də 20 müxtəlif məkan lazım idi. Bu məkanlardan bəziləri Gimnastika Stadionu, Voleybol yarışınını keçiriləcəyi “Kristal Holl”, Tofiq Bəhramov stadionu artıq yarışa tam hazır olsa da, Avropa Oyunlarının keçirilməsi məqsədi ilə tikilən Su İdman Növləri, …read more

From:: ANS