Bakıda kişini, arvadını, oğlunu, qızını döydülər və…

Ötən gecə saat 01 radələrində Bakının Suraxanı rayonunda evlərin birində oğurluq hadisəsi baş verib. Suraxanı rayon Polis İdarəsi 12-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Zabratda Əsədovlar ailəsində baş verib.

Evə daxil olan oğrular ailə başçısı 1956-cı il təvəllüdlü Zakir Həsən oğlu Əsədovu döyüblər. Onlar evdə olan pulun yerini öyrənmək istəyiblər.

Daha sonra oğrular ev sahibinin həyat yoldaşı 1961-ci il təvəllüdlü Zəminə Əsədovanı, onların övladları Zaud Əsədovu və Tünzalə Əsədovanı döyüblər.

Daha sonra həmin şəxslər ərazidən qaçıblar.

Araşdırmalar zamanı hadisəni törədən şəxslərin kimliyi məlum olub. Onların biri Elvin Abdullayev, digəri isə Səbuhi adlı şəxslər olduğu məlum olub.

Polis hazırda onların saxlanılması istiqamətində işlər görülür.

Faktla bağlı araşdırmalar aparılır. …read more

From:: ANS