Bakıda bazar qara gəldi: 3 ölü, 9 yaralı

Ötən gün Bakıda 7 yol qəzası baş verib.

Bakı şəhər Dövlət Yol Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, qəzalar müxtəlif saatlarda, paytaxt yollarında qeydə alınıb.

Müxtəlif yerlərdə qeydə alınan qəzalarda 3 nəfər ölüb, 9 nəfər ağır yaralanıb.

Qəzalardan biri piyada vurulması ilə nəticələnib. Digər 6 hadisə isə avtomobil toqquşması ilə nəticələnən qəzalardır.

Qeyd edək ki, istirahət günü qəzaların çoxu paytaxtın giriş-çıxış yollarında qeydə alınıb. …read more

From:: ANS