Bakıda 85 yaşlı qadın evində ölü tapıldı

Dekabrın 21-də Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri Nəsimi rayonunda mənzildə 1929-cu il təvəllüdlü Buqriyeva Lidiya Aleksandrovnanın bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

ANS PRESS-ə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib.

Xilasedicilər mənzilə baxış keçirərkən L. Buqriyevanın meyitini çarpayıda aşkar ediblər.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktl bağlı araşdırma aparılır. …read more

From:: ANS