Kikboksçudan ölüm zərbəsi (VİDEO)

Bütün dünyada maraq ilə təqib edilən ən tanınmış kikboksçuların mübarizə etdiyi “Glory World Series” yarışında inanılmaz hadisə baş verib.

ANS PRESS-in məlumatına görə, qarşılaşma zamanı kikboksçu Raymond Daniels Martial Artistə atdığı möhtəşəm zərbə ilə rəqibini yerə sərib. Boksçunun gözlənilmədən vurduğu estetik hərəkət izləyənləri xeyli heyrətləndirib.

Raymondun bu addımı məşhur “Street fighter” oyunundakı fəndləri yada salıb.

“Glory World Series” yarışı dünya üzrə ən nüfuzlu kikboksinq turnirlərindən biridir. Seriyada altı müxtəlif çəki dərəcələrində qarşılaşmalar keçirilir. Döyüşçülər turnirdə qazandıqları kəmərlərə görə reytinq siyahısında yer tuturlar.

…read more

From:: ANS