Gözəl aktrisa Arda Turanı rədd etdi

Türkiyə millisinin üzvü, “Atletiko Madrid” klubunun futbolçusu Arda Turan rədd cavabı alıb.
ANS PRESS-in məlumatına görə, futbolçunu türk aktrisası Serenay Sarıkaya məyus edib.

İddiaaya görə, sarışın gözəl Serenay Sarıkayanın futbolçunu rədd etməsinə Arda Turanın keçmiş sevgilisi aktrisa Sinem Kobal səbəb olub.

Serenay Sarıkaya və Sinem Kobalın ortaq dostları Serenayın futbolçu ilə tanış olmasını məsləhət görməyib. Türkiyə gözəlinin dostlarının “Arda Sinemi çox incidib ,səni də incidə bilər” sözlərindən təsirləndiyi deyilir.

Buna görə də,Sarıkaya Sinem Kobala bu ismarıcı göndərib. “Arda ilə aramızda heç nə yoxdur, ola da bilməz”.
Bununla da Sarıkaya Arda Turanla yaxınlaşdıqları ilə bağlı yayılan xəbərləri yalanlayıb.

Qeyd edək ki, bir müddətdir Arda Turanın Serenay Sarıkaya ilə tanış olmağa çalışdığı ilə bağlı xəbərlər türk mediyasında yer alıb.

…read more

From:: ANS