Bakıda konsert verən mavi müğənni evləndi (FOTO)

Ötən gün Bakıda da konsert proqramı ilə şıxış edən dünya şöhrətli müğənni Elton Con rəsmi sürətdə kişi partnyoru ilə rəsmi nikaha daxil olub. ANS PRESSS-in məlumatına görə, müğənni ilə Devid Fernişin toyu Britaniyada baş tutub.

Onlar 21 illik birlikdəlikdən sonra münasibətlərini qanuniləşdiriblər. E.Con imzalanma mərasimindən olan fotoları özünün sosial şəbəkədəki səhifələrində paylaşıb. “İmzalanma başa çatdı. İndi mərasim başlayır”.

Müğənninin toy mərasimi Britaniya şahzadəsinin vaxtının çoxunu keçirdiyi Vindzorsk sarayı yaxınlığındakı evində baş tutub. Tədbirdə 50-yə yaxın qonaq iştirk edib.

Qonaqlar arasında ailəsi ilə birgə Devid Bekhem, aktrisa Elizabet Herli, rok musiqiçi Ozzi Osborn və həyat yoldaşı Şaron və başqaları olub.

…read more

From:: ANS