Məşhur model iflic keçirdi (FOTO)

Türkiyənin tanınmış modeli, hazırda özünü aktrisa kimi sınayan Tuba Özay iflic keçirib. ANS PRESS-in məlumatına görə, aktrisa bu barədə sosial şəbəkədəki səhifəsində yazıb. Hadisə aktrisanın, “Pardon bekarmısınız?” adlı tamaşa üçün getdiyi turnedə baş verib. Xəstəxanaya çatdırılan Özaya üz iflici keçirdiyi bildirilib.

“Turneyə görə mütəmadi olaraq gəzirdik. Çox ağır şəkildə angina oldum. Virus var imiş. Üzümdəki gülmə cizgisi yuxarıya qalxır və boğazımda dəhşətli bir yanma və ağrı hiss etdim. Ertəsi gün proqramı dayandırdım və xəstəxanaya getdim. Həkim, Tuba xanım bu virus öldürməz, amma süründürər – dedi. Mən də axşamdan bəri xəstəxanada yatıram. Üz iflici keçirmişəm” – deyə Tuba Özay qeyd edib.

…read more

From:: ANS