Kuba ABŞ-a siqar satışından 200 milyon qazanacaq

ABŞ-ın Kubaya qarşı embarqosunun götürülməyi ilə Kuba ABŞ-a siqar satışından ildə 200 milyon dollar qazanmalıdır.

Tezliklə tətbiq olunacaq yeni qaydalara görə, ABŞ öz vətəndaşlarına Kubaya səyahət etməyi də asanlaşdıracaq və amerikalılar geri qayıdanda özləri ilə 100 dollara qədər tütün məhsulu və spirtli içkilər alıb, gətirə bilər.

ABŞ-a keçən il 317 milyon ən yüksək keyfiyyətli siqar idxal olunub.

Kuba siqarları bu bazarda Dominikan Respublikası və Nikaraqua siqarlarının kəskin rəqabəti ilə qarşılaşacaq. …read more

From:: ANS