Nazarbayevin yeni hədəfi

Qazaxıstan prezidenti Nursultan Nazarbayev bildirib ki, əgər 2022-ci il Olimpiya oyunlarının Almatıda keçirilməsi seçimi olarsa, onda bu tədbir üçün paytaxt da istifadə olunacaq.

“Məndə də belə şübhələr var, bilirəm. Sanki istəyirəm ki, səslənsin: “Qazaxıstan”, “Almatı”, belə nəhəng Olimpiadanı keçirmək. Digər tərəfdən insanlar düşünürlər: Belə xərclər, lazımdır, ya yox? Mən bunun üzərində çox düşündüm, fikirləşdim, silahdaşlarla işlədim… Hazırda olimpiya komitəsi qərar qəbul edib, iki şəhərdə keçirməyə razıyıq, yəni biz Astananı da işə salacağıq”, – Nursultan Nazarbayev bildirib.

O, xatırladıb ki, bir neçə məsələni nəzərə almaq lazımdır, Almatıda Medeu katokunun və dünya səviyyəli tramplinin hazır olması.

“Biatlonu biz Asiya oyunlarına tikmişik – hazırdır. İndi 2017 ildə Universiada olacaq, buzlu stadionu biz artıq tikirik, qurtarırıq, hazır olacaq. Belə böyüklərdən nə qalır: Olimpiya kəndini tikmək lazımdır, biz onsuzda Almatıdə gənclər və tələbələr üçün yataqxana tikmək fikrindəyik. Bütün bunlar ev olacaq, yataqxana qalacaq, 100% istifadə olunacaq “, – o, əlavə edib.

Onun sözlərinə görə ən böyük idman xərci, Almatıda bu gün olmayan bobsley trassasıdır.

“Xərclər olacaq, lakin hamı düşünən kimi olmayacaq. Beynəlxalq olimpiya komitəsi təxminən milyard dollar verməyi bizə vəd edir. İndi qalmışıq Çin və biz. Əgər biz Almatını beynəlxalq maliyyə mərkəzi etmək istəyiriksə, onda bizə lazımdır ki, Almatı səslənsin. Deyilsə ki, biz heçnə xərcləməyəcəyik, lakin xərcləmək lazım gələcək. 50 milyard yox, 40 yox, 30 yox, lakin hansısa pulun bir miqdarını xərcləmək lazım gələcək ki, bütün nə qalsa tərəfimizdən 100% istifadə olunacaq “, – dövlət başçısı bildirib. …read more

From:: ANS