Pulu tökülən böyük balıq (VİDEO)

Rusiya prezidenti bir neçə gün əvvəl keçirdiyi ənənəvi mətbuat konfransında özünü çox soyuqqanlı apardı. Demək olar ki, yaxşı görünürdü. İnamlı idi. Baxmayaraq ki, Putin “Rusiya böhrandan ən pis halda iki ilə çıxacaq!” deyərkən iki faktı etiraf etmiş oldu. Əvvəla, Rusiya lideri artıq “bu təzyiqlərlə Rusiyaya təsir etmək olmayacaq!” və ya “Bu təzyiqlər bizi daha mütəşəkkil və daha güclü edəcək! Avropa Birliyi ziyanı özünə verəcək!” kimi bəyanatların müəllifi olmaqdan tamamilə çıxdığını göstərirdi. Yəni birinci etiraf Rusiyanın böhrana girməsi faktının prezident səviyyəsində etiraf edilməsi oldu! İkincisi isə bu böhranın hətta iki ilə qədər çəkə biləcəyinin anonsu idi. Bu baxımdan Rusiya prezidentinin forma və məzmunu bir-birini tamamlamırdı. Forma sakit və özünə nəzarət edən dövlət başçısını, məzmun isə emosiyalarını cilovlaya bilsə də hər halda ölkəsini dərin böhrana saldığını anlayan başçının vəziyyətin ağır olacağı barədə anons verən birisini xaratkerizə edirdi. Rusiya uzunmüddətli fasilədən sonra növbəti rubl uçqununu yaşayır. Rublun aqibəti hətta lətifə mövzusuna çevrilib: “Ne imey sto rubley, a imey 1 evro…”

Bu gün Rusiya mağazalarında qəribə mənzərə müşahidə olunur. Qiymətlər ya dollar anlamını verən şərti vahidlə göstərilib, ya da gündə iki dəfə dəyişdirilir. Hər şey isə rublun məzənnəsinin sürətlə və katastrofik dərəcədə enməsi ilə bağlıdır. Ötən həftənin əvvəlində 1 ABŞ dolları 40 rublun altında idisə, indi bu rəqəm 60 rublu keçib. Rubl 20 faizdən çox dəyərsizləşib. Düzdür vəziyyət 1939-cu ilin Almaniyasındakı, maaşların gündə iki dəfə verildiyi qədər katastrofik deyil. Amma hər halda rubla inamını itirən əhali əlindəki pulu əmlaka çevirmək üçün mağazalarda alınmalı nə varsa almağa çalışır. Rusiyanın avtomobil dilerləri maşınlarını satıb qurtarıblar. Bir sıra xarici şirkətlər isə rublun kursunu nəzərə alaraq satışı dayandırmağa məcbur olublar. Daşınmaz əmlak bazarı da tamamən dayanıb.

Rieltor Nataliya Radionovanın sözlərinə görə, indi əmlak bazarında heç bir alqı-satqı yoxdur: “Əslində ev almaq istəyən indi həddindən çoxdur, ancaq satan isə yoxdur. Çünkü hamı rublun stabilləşməsini gözləyir. Rublun hər gün dəyər itirdiyi bir …read more

From:: ANS