Kirayə verilmiş böyük ömür (VİDEO)

Nə qədər qəribə səslənsə də Rusiya prezidenti bu gün öz dövlətinin müstəqilliyini qoruyurmuş kimi görünür. Hələ dünən, srağagün o başqa bir ölkənin azadlıq və suveren hüquqlarına müdaxiləyə görə cavab verirdi. İndi isə öz müstəqilliyini dünyanın ən güclü dövlətlərindən qorumaq üçün barrikadaya çəkilib. Doğrudur, ortada elan ounmuş müharibə yoxdur. Amma Rusya Qərb və Birləşmiş Ştatların iqtisadi müharibəsinin altındadır, yəni artıq ona iqtisadi müharibə elan edilib…

Putin nə qədər haqsız olsa da öz müstəqilliyini qoruduğu indiki məqamda bir az haqlı görünür. Nə qədər təzadlı olsa da. Dövlətin müstəqilliyi onun hər şeyidir. Bu mənada mən Şirməmməd Hüseynovun bu həftə tamam olan 90 yaşını həm də istiqlal bayramı kimi qəbul edirəm. Onunla bir neçə il əvvəl etdiyimi söhbətdən iki suala cavabını təqdim edirəm.

– Şirməməmməd müəllim, bu qədər yaşamısınız. Nə faydası var idi?

– Mən sənin sualına Üzeyir bəyin sözləri ilə cavab vermək istəyirəm. Üzeyir bəyin 23 yaşı olanda, 1908-ci ildə “Tərəqqi” qəzetində bir məqaləsi çıxmışdı. Fikir verin, məqaləni nə ilə başlayır: “200 ildən sonra bizdən heç bir nişanə qalmayacaq. Yaşa, ömür elə, əziyyət gör, cəfa çək, utan, inci, qorx, ağla, ağla balam, sonra da öl! Yox ol! Dön torpaq ol!… Amma təəcüblüdür, vallah. Keçən gün Qız Qalasına baxırdım. Neçə illərdir ki, durur. Və neçə-neçə şeylər görür. Deməli, tarixin dilsiz şahididir”. Üzeyir bəy demək istəyir ki, ölüb gedənlər var, onlardan heç bir iz qalmır. Hər millətin, xalqın içərisində şəxsiyyətlər var ki, tarix onları yaşadır. Mən həmişə özümə hesabat verirəm ki, niyə yaşamışam? Dünyaya gəlmək heç kəsin istəyi ilə deyil. Heç kim ərizə verib bu dünyaya gəlməyib və getməyib. Bu Allahın işidir. Amma söhbət ondadır ki, necə yaşamısan? Nə məqsədlə yaşamısan?

– Var statistikaya düşən adamlar. Var ensiklopediyaya düşən adamlar. Statistikaya düşənlərlə, ensiklopediyaya düşənlər arasındakı fərq nədən ibarətdir?

– Yenə Üzeyir bəydən misal gətirəcəm. O, 1918-ci ildə yazırdı ki, Azərbaycanda iki milyona yaxın əhali var və bu əhalinin müstəqil dövləti …read more

From:: ANS