“Əl Qaidə” terroru pislədi

“Əl Qaidə” təşkilatı İŞİD terror qruplaşmasına beyət etmiş Pakistan taliblərinin Peşavərdə məktəbdə törətdiyi terror aktını kəskin pisləyib. ANS PRESS-in məlumatına görə, “əl Qaidə” terror təşkilatının hind cəbhəsi bu məqsədlə bəyanat yayıb.

“Ürəyimiz günahsız uşaqların ölməsinə görə kədər içindədir. Pakistan ordusunun ABŞ-la əməkdaşlıq edərək xoşagəlməz işlər gördüyü, müsəlmanlara zülm etdiyi doğrudur. Amma buna görə müsəlmanların və onların günahsız övladlarının hədəfə götürülməsi doğru deyil. 130-dan çox uşağın öldürülməsi xəbərini eşitdik. Hücumun məqsədi uşaqların öldürülməsi olub. Bu o deməkdir ki, hədəf, mülki itkilərin az olma ehtimalı olan hər hansı bir hərbi sahə olmayıb. Yəni bu məktəb hərbi təlim verilməyən, döyüşçü olmayan adi uşaqların oxuduğu, Pakistan ordu mənsublarının övladlarının məktəbi idi…”. …read more

From:: ANS