Haqlı olduğunuzu göstərməyə çalışmayın

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edirik.

Qoç – günün ilk yarısında həddən artıq ehtiyatlı olun. Mühüm anlaşmanı və ya sənədin imzalanmasını ertələyin. Ən sadə işlər, layihələr adi günlərlə müqayisədə daha çox zəhmət və səy tələb edəcək. Enerji potensialınızın səviyyəsi yüksək deyil.
Günün ikinci yarısında ürək-damar sistemində fəsadları olanların halı pisləşə bilər. Şəxsi münasibətlərdə stabillik pozulacaq. Yaxınlarınızdan birini sakitləşdirməli olacaqsınız.
Axşam saatlarını sakit şəraitdə keçirin.

Buğa – əhvalınız sürətlə dəyişəcək. Uzun müddətdən bəri birlikdə çalışdığınız tərəfdaşla münasibətlərdə sərinlik yarana bilər. Səbəb şəxsi maraqlardır. Səhhətinizə fikir verin. Sükan arxasında ehtiyatlı davranın.
Günün ikinci yarısında tanışlarınızdan birinin avantür ideyasının irrasionallığını anlamağa çalışın. Amma ideya müəllifini dərhal sərt tənqid etməyin, onun absurd təklifini müzakirəyə çıxarmayın.
Axşam saatlarını sevdiyiniz insanla keçirin.

Əkizlər – günün ilk yarısında xoşagəlməz hadisələr yaşana bilər. Bu olaylara layiq olduqlarından artıq önəm verməyin. Saatlar keçdikcə olaylar bir-birlərini əvəzləyəcək. Bundan sonrakı yaşamınıza müəyyən təsir edə biləcək insanla qarşılaşacaqsınız.
Günün ikinci yarısında hiyləgər rəqiblə üzləşmək ehtimalınız var. Amma narahat olmayın: nüfuzlu hami və yaxın dost sizə yardımlar edəcəklər.
Yaxınlarınızla, xüsusilə də ailə üzvlərinizlə münasibətlərinizdə səmimi olun. Axşam saatlarında romantik görüş istisna deyil. Etirafları ertələyin.

Xərçəng – günün ilk yarısında yaşanacaq olaylardan biri tərəfdaş və ya yaxın ətrafınızdakı insanlardan biri ilə münasibətlərinizdə son vaxtlar müşahidə edilən problemlərin səbəblərini faş edəcək. Düşünülməmiş sözlər deməyin, tələsik hərəkətlər etməyin. Yeni münaqişənin səbəbkarına çevrilməyin.
Günün ikinci yarısında kiçik hadisələr və mənasız işlər münasibətlərinizi korlaya bilər. Dəyər verdiyiniz insanın qeyri-adekvat davranışı gərginlik yaratmasın. Fəqət bəzilərinin əməlləri sarsaqlıq təsiri bağışlasa da, emosionallıq etməyin.

Şir – günün ilk yarısında emosiyalarınıza hakim olun. Ən sadə, hətta neytral situasiyalarda aqressiv və ya sərt olmayın. Asılı olduğunuz insanla qaba davranmayın.
İmkan varsa, uzunmüddətli səfəri təxirə salın. Yolda çox vaxt keçirməyin.
Günün ikinci yarısında səbrli və soyuqqanlı olun. Yaxınlarınızla danışıqlarda amiranə tərzdə ünsiyyət qurmayın. Sərtliyə əl atmayın. İnciklik və kobudluq yalnız çox pis fəsadlar …read more

From:: ANS