Nəbatat bağının mühafizəçisi ziyarətçini döydü

Nəbatat bağında xuliqanlıq hadisəsi baş verib.

ANS PRESS-in Lent.az-a istinadən verdiyi məlumatına görə, 9-cu Polis Bölməsinə müraciət edən 1993-cü il təvəllüdlü Əliyev Şahid David oğlu bildirib ki, Badamdar şosesi 40 ünvanında yerləşən bağda tanımadığı şəxs onu döyüb.

Şikayətçi qeyd edib ki, olay dekabrın 6-da saat 14:30 radələrində baş verib.

İlkin araşdırmalardan sonra Ş.Əliyevi döyən şəxsin Nəbatat bağının mühafizəçisi, 1986-cı il təvəllüdlü Babayev Elxan Rövşən oğlu olması müəyyən edilib.

Araşdırmalar davam etdirilir. …read more

From:: ANS