4.2 ton narkotik tutuldu

Panamada həyata keçirilən əməliyyat zamanı 4.2 ton narkotik maddə tutulub.

ANS PRESS-in məlumatına görə, 59 nəfərin həbs olunduğu əməliyyatda müsadirə olunan narkotik maddələrin 3 tonu kokain, 1,2 tonu marixuana olub. Həbs olunanların üzərindən 500 min dollardan çox nağd pul da götürülüb.

Verilən rəsmi açıəqlamada bildirilir ki, həbs edilənlərin hamısı Kolumbiyanın inqilabi silahlı qüvvələri adlanan qruplaşma və Meksika narkokarteli olan “Sinaloa” cinayətkar təşkilatı ilə əlaqəli dəstənin üzvləridir. Əməliyyatın hazırlanması və reallaşdırılması Kolumbiya, Meksika, Kosta-Rika və Qvatemalanın xüsusi agentlərinin köməyi ilə 14 ay ərzində həyata keçirilib.

Narkotik alverçilərinə qarşı əməliyyatlar 2013-cü ilin oktyabr ayından başlanılıb. Ötən cümə axşamı Panamanın paytaxtında saxlanılanlarla birgə dəstənin başçısı kolumbiyalı Xuan Torres də həbs olunub.

Təhqiqatın nəticəsinə görə, X.Torresin Meksikanın ərazisindən keçməklə Kolumbiyadan ABŞ-a və Mərkəzi Amerika ölkələrinə narkotik daşınmasına rəhbərlik etdiyi müəyyənləşib. Bundan başqa, o, Panama banklarında cinayətkar biznesdən əldə edilmiş pulların yuyulması ilə də məşğul olub. …read more

From:: ANS