Ətrafımızdakı sadistləri tanımağın yolları

Sadzmə meyilli insanlar üçün tam hakimiyyət arzusu ən vacib şərtdir. Kiməsə fiziki və mənəvi ağrı verməklə nəyi isə əldə etmək sadizmin əlamətlərindəndir. Digər insanı bütünlüklə köməksiz, asılı vəziyyətə salaraq, onu öz əşyasına çevirməklə mütləq qüdrət sahibi olmaq sadistin daimi arzudur. Bunun ücun o,daimi təhqir və mütilik səviyyəsinə çatdırma üsulundan istifadə edilir.

ANS PRESS Psixologiya və konsultasiya mərkəzinin həkim-psixiatrı Denis Rzayev sadizmlə bağlı məqaləsindən bir parça təqdim edir:

Mütləq hakimiyyətə çatmağın 3 yolu mövcuddur:
1. Digər insanları özündən aslı vəziyyətə gətirməklə tam, sərhədsiz hakimmiyyətə sahib olmaq.Bunun üçün qarşısındakı şəxsə ”Səni mən yaratmışam”,”Sən mənim istədiyim kimi olacaqsan”,”Sən mənim əməyimin və istedadımın nəticəsisən” , “Mənsiz sən heçsən” fikirlərini təlqin edir;
2. Nəinki digərləri üzərində tam hakimiyyətə malik olmaq, hətta onları eksplotasiya edərək istifadə etmək.Bu istəklər digər şəxsi maddi , bəzən mənəvi cəhətdən istifadəyə yönəlir;
3.Digər şəxslərə ağrı , əzab verərək onların necə əzab çəkmələrindən həzz almaq. Bu halda əzab fiziki və ya qəlb yarası ola bilər.Göstərilən hər üç halda özünü müdafiə etməy iqtidarında olmayan şəxsə əzab və əziyyət verməklə mütləq hakimiyyətə can atmaq sadizmin birbaşa göstəricisidir. Karen Xorni bəzi sadistik tipləri təqdim edir və onun köməyi ilə qarşımızdakı şəxsdə belə cəhətlərin olub olmadığını təyin etmək olar.

Aşağıda mən onlarin qısa məzmunu sizin diqqətinizə çatdırıram
1. Qurbanın “tərbiyələndirilməsi”
2. Öz qurbanının hisləri ilə oyun
3. Qurbandan sui-istifadə
4. Qurbanın xəyal qırıqlığına uğradılması
5. Qurbana hədə qorxu gəlmək və şəxsiyyətinin alçaldılması
6. İntiqam hissi

Sadizmə meylin yaranma şərtləri:
1. Erkən uşaq vaxtı yaranan emosional tənhalıq hissi.Nə səbəblə olmasından aslı olmayaraq valdeyinlər uşaqlara emosionla yaxınlıq göstərə bilmədikdə belə nəticə meydana gələ bilər. Bu İş gərginliyi, xəstəlik uzaqda yaşama halları olsa belə uşaq tərəfindən bağişlanmır.
2. Emosional və ya fiziki təhqir, cəza və ələsalma.Yeri gəlmişkən cəza çox kəskin olarsa və uşağın etdiyi hərəkətin müqabilində ağır olan zaman .Bəzən valdeyinlər uşağdan hecnədən, sadəcə hirs tökmək üçün obyekt kimi istifadə …read more

From:: ANS