Prezidentin kürəkəni kimsəsiz uşaqları belə sevindirdi (FOTO)

Bəstəkar-müğənni, biznesmen, “Crokus Group”un vitse-prezidenti Emin Ağalarov Yeni İl ərəfəsində Moskvada kimsəsiz uşaqlar üçün xeyriyyə aksiyası keçirib.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, “Crocus City Hall”da baş tutan tədbir “Veqasın sehirli küknarı” adlanıb.

Aksiyada Rusiya şou –biznesinin nümayəndələri öz uşaqları ilə iştirak ediblər.

Tədbirdə 3500 kimsəsiz uşaq iştirak edib və onların hər biri Şaxta Babadan arzuladıqları hədiyyəni alıblar.

“Veqasın sehirli küknarı” aksiyası yanvar ayının 15-nə qədər davam edəcək.

Qeyd edək ki, Emin Ağalarov Azərbaycan prezidentinin qızı Leyla Əliyevanın həyat yoldaşıdır. Onların Əli və Mikayıl adlarında əkiz övladları var.

…read more

From:: ANS