Azərbaycanda dəhşət: 35 yaşlı kişi bombanı alnına dirəyib partlatdı

Azərbaycanda dəhşətli intihar hadisəsi baş verib. ANS PRESS-in məlumata görə, dekabrın 20-dən 21-ə keçən gecə 35 yaşlı Zaqatala şəhər sakini partlayıcını alnında partladıb.

Zaqatala Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Zaqatala şəhəri, Sevil Qazıyeva küçəsi 47 ünvanında yaşayan 1979-cu il təvəllüdlü Renad Həsəncuma oğlu Muradov kustar üsulla düzəltdiyi partlayıcını alın nahiyəsinə dirəyərək partladıb.

Alın nahiyəsindən ağır xəsarət alan R. Muradov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

R.Muradov dekabrın 21-də saat 04 radələrində xəstəxanada ölüb.

Məlumata görə, narkotik vasitələrin aludəçisi olan və tüfeyli həyat tərzi keçirən R. Muradov bir neçə gün əvvəl də özünə qəsd etmək məqsədilə kəsici alətlə qarın nahiyəsinə xəsarət yetirib.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, R. Muradovun atası, ikinci qrup əlil olan Həsəncuma Muradov da bu ilin mart ayının 16-da bədəninə sarıdığı elektrik naqilinin ucunu cərəyana birləşdirərək intihar etmişdi. …read more

From:: ANS