Ana öz övladlarını öldürdü

Avstraliya polisi 37 yaşlı qadını səkkiz uşağın qətlində ittiham edir. ANS PRESS-in məlumatına görə, sözügedən qadın 19 dekabrda həlak olmuş uşaqlarla birlikdə eyni evdə aşkarlanmışdı.

Öldürülmüş uşaqlar 2-14 yaş arasındadır. Onların hamısının bədənində bıçaq yaralarının olmasına baxmayaraq, qətlin səbəbi hələ tam aydınlaşdırılmayıb. Sözügedən qadın bu uşaqlardan yeddisinin anasıdır, digər uşaq isə onun qohumudur.

Boynunda və sinəsində bıçaq yaraları olan qadın xəstəxanaya yerləşdirildikdən sonra, polis tərəfindən qətldə şübhəli bilinərək saxlanılıb.

Hazırda nəzarət altında olan qadın polis tərəfindən dindirilir. Hüquq-mühafizə orqanları hələlik qətlin səbəbləri barədə məlumat vermirlər. Yerli KİV-lərin yaydığı məlumata əsasən, həkimlər qadının qanının tərkibində narkotik maddələrin mövcudluğunu araşdırırlar. …read more

From:: ANS