“Əliayağı” ziyarətgahında namaz qılıb, evə qayıdan ögey oğlunu öldürdü

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Ağamməd Ağasəlim oğlu Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. ANS PRESS-in Virtualaz.org-a istinadən verdiyi məlumata görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə görə, A.Hüseynov 16 il müddətinə azadlıqdan məhrum edilib.

İstintaq yolu ilə müəyyən edilib ki, A.Hüseynov 2014-cü il, iyulun 29-da Buzovna qəsəbəsi, A.Xəlilov küçəsi, döngə 2, ev 7 ünvanında ögey oğlu Samir Həsənovu və onun həyat yoldaşı Samirə Həsənovanı təhqir edib. O, ailədaxili narazılıq zamanı stolun üstündən götürdüyü bıçaqla Samirə zərbələr endirib. Beş bıçaq zərbəsi almış yaralı xəstəxanaya aparılarkən yolda keçinib.

Hadisəni törətmiş A.Hüseynov şübhəli şəxs qismində saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb və barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxs qismində dindirilən A.Hüseynov ona elan olunmuş ittihamla özünü təqsirli bilib.

A.Hüseynov ifadəsində əmisi gəlini olan Südabəni 1987-ci ildən tanıdığını, sonuncunun həyat yoldaşı rəhmətə gedəndən sonra ailəsini dolandıra bilmədiyini, bir qohum kimi ona köməklik etdiyini, aralarında yaxın münasibət yarandığını, 1997-ci ildən bəri qeyri-rəsmi yaşadıqlarını göstərib: “Südabənin üç oğlu var idi. Südabə ilə münasibətimə razı olmadığına görə ailəmlə münasibətim pozulmuşdu, hazırda bacı-qardaşlarımla da gediş-gəlişimiz yoxdur. Südabənin uşaqlarına qayğı göstərmişəm, onların tərbiyəsi ilə məşğul olmuşam.

Amma uşaqlar böyüyəndən sonra artıq məni bəyənmirdilər. Bu səbəbdən də ailədə tez-tez söz-söhbətlər olurdu. Südabənin oğlanlarının üçü də ailə qurmuşdular. Samir öz xalası qızı Samirə ilə evlənmişdi, iki övladı olmuşdu. Hamımız bir həyətdə qalırıq. Samir avtomaşın rəngləməklə, Hüseynbala satıcılıqla, Həsənbala isə ocaqçılıqla məşğul olub ailəsini dolandırırdılar”.

Təqsirləndirilən şəxs ifadəsində səhhətində yaranan problemlərlə bağlı 2006-cı ildən işləmədiyini, amma hərdən fərdi əməklə məşğul olduğunu göstərib: “Fərdi işlərdən qazandığım pula spirtli içki alıb içirdim. Bu səbəbdən ailədə söz-söhbət yaranırdı. Daha çox Samirlə mübahisəmiz düşürdü. Hadisə baş verən gün orucluq bayramı olduğundan Südabə uşaqlarını və nəvələrini də götürüb qəbiristanlığa – ərinin məzarını ziyarətə getmiş, oradan da “Əliayağı” adlanan …read more

From:: ANS