Kriştiano Ronaldo prezidentin əlini sıxmadı (VİDEO)

İspajiyanın “Real Madrid” komandasının portuqaliyalı hücumçusu Kriştiano Ronaldo UEFA-nın prezidenti Mişel Platininin əlini sıxmadan keçib.

ANS PRESS-in məlumatına görə, hadisə “Real Madird”in klublar arası dünya çempionatında qalib gəlməsi münasibətilə təşkil edilmiş mükafatlandırma mərasinimdə baş verib.

Belə ki, medalların təqdim edilməsi zamanı Ronaldo Platininin əlini sıxmadan onun yanından keçib. Platini isə bunu anlamayaraq onunla görüşmək istəsə də Ronaldo buna əhəmiyyət verməyib.

Bəzi şərhçilər Ronaldonun sadəcə diqqətsizlikdən belə etdiyini desələr də, bir çoxları onun Platinidən incidiyini bildiriblər. Belə ki, “Qızıl top-2014” mükafatına namizədlər arasına Kriştino Ronaldonun da adı salınanda Platini təəssüfləndiyini demişdi. Bundan başqa UEFA prezidenti bu mükafata “Bavariya” qapıçısı Manuel Noyerin layiq olduğunu bildirmişdi.

…read more

From:: ANS