Avtobusda səssiz rəqs (VİDEO)

Türkiyənin İstanbul şəhərində avtobusda rəqs edən gənc oğlan sərnişinləri təəccübləndirib.

ANS PRESS-in məlumatına görə, gənc oğlan qulaqcıqlarla musiqiyə qulaq asırmış. Daha sonra isə qəfildən rəqs etməyə başlayıb.

Bunu görən sərnişinlərin bir anda nəyin baş verdiyini anlamayıblar. Gəncin belə sərbəst rəqs etməsi avtobusdakı sərnişinləri təəccübləndirsə də, daha sonra insanların gülüşünə səbəb olub.

Lakin avtobusdakı sərnişinlərdən biri gəncin bu hərəkətini bəyənməyib və əli ilə işarə edərək oğlandan rəqs etməməsini istəyib.

…read more

From:: ANS