Hüsniyyə Mürvətova düşdüyü qəzadan danışdı (FOTO)

“Bundan daha da pis ola bilərdi. Mən cəld tərpənib maşını qaçırtdım. Mənim avtomobilimi vuran qız sürücü sonra daha bir maşını vurdu”.

Bunu ANS PRESS-ə Bakı Bələdiyyə Teatrının aktirsası, əməkdar artist Hüsniyyə Mürvətova düşdüyü qəza ilə bağlı açıqlamasında bildirb.

Onun sözlərinə görə, hazırda özünü yaxşı hiss edir: “Həmin qız sürücünün sığortası var. Qız uşağını xəstəxanadan gətirirdi. Ola bilsin həmin an fikirli idi. Hadisə zamanı şok keçirtdim. Heç kimi qınamıram. Kimsə belə hadisənin olmasını istəməz”

Hazırda avtomobilsiz qaldığını xatırladan aktrisa müvafiq qurumlardan və sığorta şirkətindən maşınının təmir olunmasını tezləşdirməyi də xahiş etdi: “Sumqayıtdan Bakıya işə gedib-gəlirəm. Maşınsız mənə şox çətin olacaq…”

Qeyd edək ki, dünən Hüsniyyə Mürvətova qəzaya düşüb. Aktrisanın idarə etdiyi avtomobil “Gənclik”dən Tibb Universitetinə gedən istiqamətdə, daha dəqiq Mirəli Qaşqay küçəsində vurulub.

…read more

From:: ANS