Sumqayıtda yanğın: 1 ölü

Sumqayıt şəhərində bir nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi baş verib.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan birmərtəbəli, 4 otaqlı evin 1 otağında yanğın meydana gəlib.

Ötən gün axşam saatlarında baş verən hadisə nəticəsində, 1 ədəd çarpayı, ev əşyaları 6 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 15 kv.m sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1962-ci il təvəllüdlü Seyidov Azad Bilmalı oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 21:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb. …read more

From:: ANS