Qaçqınlar sevindiriləcək (FOTO)

Bərdə rayonunun Həsənqaya və Gərənə bələdiyyələrinin ərazisində məcburi köçkünlər üçün 588 ailəlik yeni məhəllənin inşası davam edir.

Tikintisi üçün 12,5 hektar ərazi ayrılan yeni yaşayış məhəlləsində hər biri 7 mərtəbəli olmaqla, 14 ədəd yaşayış binası inşa edilib. Binalardakı mənzillərin 98-i bir, 196-sı iki, 196-sı üç, 98-i dördotaqlıdır.

Hazırda binalarda döşəmə, kafel-metlax işləri aparılır, fasad hissələrə üzlük daşlar vurulur. 640 şagird yerlik məktəbin, 140 yerlik uşaq bağçasının, ATS-in, qazanxana binasının, elektrik xətləri üçün 3 ədəd yarımstansiyanın, mərkəzləşdirilmiş kanalizasiya sisteminin, su təchizatı obyektlərinin (2 ədəd 500 kubmetrlik içməli, 2 ədəd 100 kubmetrlik yanğın su anbarları, hovuz, sutəmizləyici qurğu, 1 kanalizasiya nasos, 2 nasos stansiyası) və məhəllədaxili yolların tikintisi aparılır. Burada, həmçinin yaşıllıqlar salınacaq, avtomobil parkları tikiləcək.

Hazırda inşaat işləri ilə 12 şirkət məşğul olur. Tikintidə 30-dan artıq texnika, 700-ə yaxın işçi çalışır.

Yaşayış məhəlləsində tikintinin gələn ilin fevral ayında başa çatdırılması nəzərdə tutulur.

…read more

From:: ANS