İki polisi, sonra özünü öldürdü

Amerika Birləşmiş Ştatlarında (ABŞ) iki polis əməkdaşı öldürülüb.

ANS PRESS-in məlumatına görə, ABŞ-ın Nyu York şəhərində naməlum silahlı şəxs iki polis əməkdaşını güllələyərək öldürüb.

Bruklində baş verən hadisədə tapança ilə silahlanmış naməlum cinayətkar polis maşınına yaxınlaşıb və içəridə olanlara atəş açıb. Nəticədə iki asayiş keşikçisi ölümcül güllə yaraları alıb.

Yaralılar xəstəxanaya çatdırılsa da, həkimlər onların həyatını xilas edə bilməyib.

Cinayətkar isə hadisəni törətdikdən sonra metro stansiyasına qaçıb və orada özünə atəş açaraq intihar edib

Cinayətin təffərrüatları hələlik açıqlanmayıb. …read more

From:: ANS