FHN evdən cəsəd tapdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri Sumqayıtda evlərin birində cəsəd aşkar edib.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Sumqayıt şəhərində, mənzildə, 1947-ci il təvəllüdlü Cavadova Qalina Qriqorevna bağlı qapı arxasında qalıb.

Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açıb və içəridə adı çəkilən şəxsin cəsədini aşkar ediblər.

C.Qalinanın cəsədi aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 21:00-da başa çatıb. …read more

From:: ANS