Günün qoroskopu: Risk etməyin

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology” bu günün qoroskopunu təqdim edir.

Qoç – günün ilk yarısında qeyri-standart, hətta emosional ideyalar yarana bilər. Çoxdan bəri həllini tələb edən mürəkkəb problemi çözməyə başlayın. Çətin və yarımçıq işi tamamlayın.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə başağrısına səbəb problemlər yarana bilər. Sürəkli mübahisələr hamı üçün sərfəli həll variantını əldə etməyə mane olacaq. Əzmkar və qətiyyətli olun, mövqelərinizdən geri çəkilməyin.
Axşam saatlarını sevdiyiniz insanla keçirin.

Buğa – bütün mühüm işləri günün ilk yarısında görmək gərəkdir. İşgüzar danışıqlar, müzakirələr, məsləhətləşmələr və rəhbərliklə problemin nəzərdən keçirilməsi üçün əlverişli zamandır. İroniya ilə tanışmayın. Eqoist və təkəbbürlü olmayın.
Günün ikinci yarısında “söz davası”na qatılmayın. Müstəqil, təkbaşına çalışın. Axşam saatlarını vurnuxmadan, vurhavurdan uzaqda keçirin. Sevdiyiniz insan sizə dəstək olacaq. İzafi tənqidlərə və iradlara yol verməyin.

Əkizlər – günün ilk yarısı işgüzar yazışma, rəhbərlik təmaslar və tərəfdaşlarla ünsiyyət üçün əlverişlidir. Həmkarlarınız mövqeyinizi anlayacaq, fikirlərinizi bölüşəcəklər. Aktiv olun, süstlüyə qapılmayın.
Günün ikinci yarısında maliyyə vəsaitinizə yaxşı nəzarət edin. Saatlar keçdikcə enerji potensialınızın səviyyəsi aşağı düşəcək. Ağır fiziki iş görməyin.
Yaxınlarınızla söhbət əsnasında qəti qərar verməyə tələsməyin. Barışıq üçün yollar arayıb kompromisə meylli olun. Axşam saatlarında ev işləri ilə məşğul olmaq mümkündür.

Xərçəng – günün ilk yarısında planlarınızı təftiş edin. İşgüzar səfər xeyir verə bilər. Bütün işlərə eyni vaxtda başlamayın. Belədə uğur qazanmayacaqsınız.
Düşünülməmiş qərarlar və tələsik əməllər başağrısı, depressiya yarada bilər.
Günün ikinci yarısında inandığınız insanla mühüm məsələni müzakirə etmək olar. Axşam saatlarını dəyər verdiyiniz insanlara həsr edin. Onlarla danışın, aktiv ünsiyyətdə olun.
Alış-verişdə simiclik etməyin.

Şir – yaşam arealında yeniliklər etmək üçün münasib zamandır. Daşınmaz əmlakla bağlı məsələləri uğurla həll etmək olar. Fəaliyyət sahənizi dəyişmək istəyirsinizsə və ya yeni iş yeri barədə düşünürsünüzsə, tələsik qərar verməyin.
Məişətdə ehtiyatlı olun.
Günün ikinci yarısında ifrat enerji fəsadlar yarada bilər. Nəyisə sındırmaq, qırmaq riski var.
Ailədəki mühiti yaxşılaşdırın. Ev işlərini vaxtında yerinə yetirin. Yaxınlarınızla ünsiyyətlə temperamentli, emosional olmayın.

Qız – iradəli, qətiyyətli və …read more

From:: ANS