Dağıstandan İŞİD-ə dəstək (FOTO)

Qafqaz Əmirliyi Dağıstan camaatı tərəfindən İŞİD-ə dəstək açıqlaması yayılıb.

ANS PRESS-in məlumatına görə, Qafqaz Əmirliyi Dağıstan camaatı lideri Əbu Məhəmməd İŞİD terror qruplaşması lideri Əbu Bəkil əl-Bağdadiyə biət etdikləri barədə açıqlama yayıb.

Dağıstan əmiri ilə birlikdə Şamilqala bölgəsində fəaliyyət göstərən qruplaşma rəhbərlərindən biri də İŞİD-ə bağlılıq andı içib. Əbu Məhəmmədin biət etdiyi barədə açıqlama dekabrın 16-da edilsə də, ötən gün “Youtube” video portalına yüklənib. Dağıstan əmiri açıqlamasında digər qruplaşmaları da terror qruplaşmasına dəstək olmağa çağırıb.

Qeyd edək ki, noyabrın 21-də Hasavyurd bölgəsindəki mübarizəçi rəhbərlərdən biri olan Süleyman (Movsar) Zaylanabidov da Bağdadiyə açıqlamışdı.

…read more

From:: ANS