Whatsapp-da problem yarandı

“Whatsapp” messenceri yenə istifadəçilərini özündən çıxarıb.

ANS PRESS-in məlumatına görə, ötən gün axşam saatlarında “Whatsapp” messencerinn istifadəsində 15 dəqiqədən artıq problem yaranıb.

Baş verən problem çox keçmədən aradan qaldırılıb və bütün funksiyaları bərpa olunduqdan sonra istifadəçilər proqramdan yararlana biliblər.

Problemin nədən qaynaqlandığı barədə hələlik şirkət rəsmiləri tərəfindəən heç bir məlumat verilməyib.

İstifadəçilər iki gün əvvəl də belə bir vəziyyətlə üz-üzə qalmışdılar. Həmin gün də çox keçmədən xidmət bərpa edilmişdi.

Qeyd edək ki, “Facebook” sosial şəbəkəsinin rəhbəri Mark Zukerberq WhatsApp-ı fevral ayında 19 milyard dollara satın almışdı. …read more

From:: ANS