Bakı metrosunda həyəcanlı anlar (VİDEO)

Bu gün səhər saatlarında Bakı Metropoliteninin “Elmlər Akademiyası” stansiyasının bir sıra hissələrində qaz iyinə bənzəyən qoxu hiss olunub.

ANS TV-nin məlumatına görə, bu vəziyyət sərnişinlər arasında narahatlığa səbəb olub. Stansiyanını işçiləri bunun qaz iyi deyil, başqa qoxu olduğunu iddia ediblər. Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev isə bunu aparılan təmir işlərilə əlaqələndirib.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin sözlərinə görə, hazırda “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışın inşa edilir:

“Məhz “Elmlər Akademiyası”nın platformasından, stansiyasının ikinci çıxışa qədər 90 metr uzunluğunda böyük bir tunel var. Tuneli o biri tərəfində, yəni stansiyasının ikinci çıxış hissəsində hazırda avadanlıqların quraşdırılması prosesi gedir. Ola bilsin ki, orda istifadə olunan avadanlıqlardan tunel vasitəsilə hansısa bir qoxu gəlmış ola bilər. Amma narahatlığa heç bir əsas yoxdur”.

Nəsimi Paşayev bildirdi ki, ümumiyyətlə metroda qaz qoxusunun gəlməsi qeyri-mümkündür. Əgər belə bir şey olsa dərhal yerin altında araşdırmalar aparılar. Onu da qeyd edək ki, “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışının gələn ilin birinci yarısında istifadəyə verilməsi nəzərdə tutulub.

…read more

From:: ANS