Buludlara hopdu Təhminə (VİDEO)

“Tanrı” povesti ilə ədəbiyyatımıza gələn Nurəngiz Gün bu gün Tanrının dərgahına köçdü.

ANS TV-nin məlumatına görə, azad ruhlu şairəni geniş ictimaiyyət ola bilər ki, yaxşı tanımasın. Çünki, yazdıqları geniş ictimaiyyətin ruhunu oxşamaya bilərdi. O, hər gün efirlərdə deyildi, hərçənd zamanında efirləri bəzəyib.

Nurəngiz Gün Azərbaycan Dövlət Televiziyasının ilk diktorlarından olub. Deyirlər ki, yazıçı Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanının qəhrəmanı Təhminə məhz Nurəngiz Günün prototipi olub.

Hər halda o yaradıcılığında da “Ağlama Zaur, ağlama” adlı bir şer yazıb:

Mərhəmətlər dünyasından qəfil qopdu Təhminə.
Qeyb oldu, qəfil uçdu, qəfil köçdü.
Bulud oldu, su oldu, buludlara hopdu Təhminə.

Əlbəttə, əgər deyilənlər düzdürsə, onda əsl Təhminə deməli bu gün öldü. Amma onun ölməyən özünəməxsus yaradıcılığı qalır. O elə bir yaradıcılıqdır ki, hamının xoşuna gəlməyə bilər, Amma hamını düşündürmək iqtidarındadır.

Dodaqlarımda təbəssüm, bəbəklərimdə ümid və qürur,
İçimdə ağlamaq ehtiyacı, yol gedirəm yorulanadək.

…read more

From:: ANS