Türk kişiləri haqqında şok açıqlama (VİDEO)

Türkiyənin tanınmış sənətçisi türk kişiləri haqqında qalmaqal yaradacaq açıqlama verib.

ANS PRESS-in məlumatına görə, “CNN Türk” telekanalında tanınmış televiziya aparıcısı Məsut Yarın qonağı olan Türkiyənin məşhur pop müğənnisi Zərrin Özər qadın-kişi münasibətlərindən danışarkən kişiləri qıcıqlandırıb.

“Heç bir şəkildə kiminləsə münasibətdə olmaq fikrim yoxdur. Mən artıq həyatımda özümlə qane ola bilirəm, sevginin var olduğuna inanmıram. Həmçinin, onu da deyim ki, Türkiyədəki kişilərin yarısı biseksualdır” – deyə Zərrin Özər qalmaqallı açıqlama səsləndirib.

Onun bu fikirləri qardaş ölkədə sosial şəbəkə istifadəçiləri tərəfindən günün ən çox müzakirə edilən mövzularından biri olub.

Pop, arabesk, caz, türk xalq musiqisi tərzlərində öz səsini sınayan müğənninin hazırda 57 yaşı var.

…read more

From:: ANS